24 Ocak 2011 Pazartesi

Molla eşşəyi

Mamağan hekayələri

Molla eşşəyi
Rəvayətdi Mamağanin elindən
Dünya görmüş qocaların dilindən
Bizim Mamağanda bir şeyx varidi
Çox hemil minməli bir himaridi
Beyni boş fikridə ənsiz-alansız,
nə minməli lap noxdasız, palansız
nə başız ağrıdım az edim zəhmət
qıssaca deyim ki ulağa rəhmət
Ona Mamağanda diyərdi hami
dalda molla eşşəyi üzdə şeyxəmi
bu söz yersiz deyil düzün istəsən
çünki onu çox minərdi mirz həsən
Boş sözə aldanan sadə bir eşşək
nə bir gülməcə san nə buna et şək
O çox möhkəmidi oruc-namaza
Heç zaman namazı olmazdı qəza
Kamil bir müsəlman abid-ü zahid
Onun əmalına Ustadır* şahid
Deyir ki şex mənbər dibin kəsərdi
Dərindən Mollaya qulaq asardi
Molla danışardı duzəx-behişdən
çün çörəyi yağlanırdi bu işdən
Axirətdən, qılkörpüdən, siratdan
gah Şümürdən, Kərbəladan, furatdan
Söz salardi cəhənnəmdən filandan
yeddibaş əjdəha,əğrəb ilandan
qorxudardı cəhənnəmin odundan
Bağışlardı hurilərin budundan
kövrələrdi Şeyx Mollanin sözundən
Huridən diyəndə gedərdi özündən
Xoflanardı cəhənnəmin narından
xoşlanardı cənnət hurularından
Vəhşət ilə tamah vermiş əl-ələ
bu şeyxin canına salmış vəlvələ
İnanmışdı səadətə çatmağa
Cənnət içrə hurilərlə yatmağa
Göydəki allaha ibadət gərək
yerdədə Molladan itaət gərək
Gərək məsiyətdən həzər eyləmək
taki qıl körpüdən güzər eyləmək
bu işə lazimdi əcr-i axirət
var hər xəzinənin açarı əlbət
Əcr-i oxrəviyə olmaqa nayil
hər dərdə zillətə olmişdi qayil
Mollahəsəni mindirirdi dalına
taki cənnət içrə yeri salına
qaranlıq gecədə dişində fənar
yeridikcə sağa-sola tovlanar
Desəm yük altında necə zıqqınar
bu müzhik halına ürəyin yanar
Zıqqına-zıqqına, küçə bə küçə
dəndəni bir,iki atırdı üçə
Onu gəzdirirdi duraq bə duraq
dözməz bu zillətə heç uzunqulaq
Yolda ona gedə-gedə Mirz Həsən
Deyir yaxşıdırki deyim biləsən
Sənin bu işivin çoxdur səvabı
Səndən iraq olar duzəx əzabı
ya Şeyx sənin hər atdıqın qədəmə
verilər beş huri onbeş xədəmə
Yerin xoş gördükdə şeyx kürəyində
Allaha şükr edir öz ürəyində
Şükr olsun ilahi yüzmin mərtəbə
mənim üçün yaratdıqın mərkəbə
Benzini müfdə söz sürməsi rahat
dəndə, tormuz, hər birzadı aftamat
Həryana istəsəm sürüb gedirəm,
nə yağ töküb nədə təmir edirəm
Usta nağl edirki o bimürüvvət
Bu işə diyərdi dini üxüvvət
Əhsən üxüvvətə, Əhsən bu dinə
Dinqardaşı istir qardaşı minə
Mollalarda boldur minmək həvəsi
Budur mollalıqın baş fəlsəfəsi
Mirza dadanmışdı ona minməyi
Molladaki minsə bilməz ənməyi
Minməyə tapardı əlli bahana
inanmalı deyil gendən baxana
Şeyxi görmək həmin Mirz həsənağa
başlardı yalandan sızıldamağa
Şikayət edərdi öz ağrısından,
bel göynəməsindən dizağrısından
Usta deyir birgün dedim Mirz Həsən
Bu heyvanı minəndə heç bizləsən
dedi o tanəşdı vəzifəsinə
Yaxşı minik verər öz yiyəsinə
nə şıllağa qalxar, nə soncuq atar
Nə çox dingildədər, nə atib tutar
O həm xoş yerişdi həm əhl-i iman
belə olmalıdır hər bir müsəlman
Usta deyir gəl bu yazıq heyvanı,
minmə belə rəhm elə rəhmin hanı
Bir yazıq heyvana bu qədər cəfa
uyqun deyil insanlıqa, insafa
Vijdansız Mollanın bax cəvabına
Bu idi horməti öz əznabına
Deyir Usta sözün düzün söyləsəm
Alışmışam, olmaz onu minməsəm
Güman etməm allahada xoş gedə,
men qalam piyada eşşək boş gedə
Dordayaq eşşəyi hər adam minər
iki ayaqlısın minməkdi hünər

Kərim Mamağanlı



1 yorum:

  1. عشق اولسون كريم قارداش.باشيميزئ اوجالتميسان بو گؤزل شعرلرينله.مؤحكم جان ساغليعئ آرزولاييرام سيزه.سنين ماماغانلئ يوردداشين:بابك

    YanıtlaSil