Mamağan hekayələri
Molla Həsən Əmi
Bizim Mamağanda vardı yadımda
Uşaq ikən mənim xırda çağımda
Xiyalım evindən olmuyan zayil
Bir usta varidi adı İsmayil
Memar idi ev düzəltmək işiydi
Usta İsmayil kişi kimi kişiydi
Əlində hünəri, başda qeyrəti
Xoş kəlamı, şirin sözü-söhbəti
Dərin düşüncəli, həm dünya görmüş
Həm ədəb əhlilə oturub durmuş
Hop-hopnamə əzbəridi dilində
Ömür karvanının son mənzilində
Tanıyardı Mirz Ələkbər Sabiri
Şirvanın şöhrəti böyük şairi
Yaxci insan hərvaxt gərək yad olsun
O Ustanın görüm ruhu şad olsun
Onun qonşusuydu Molla Həsən Əmi
Bəzən olardılar gilas həmdəmi
Başı əmmaməli, çiyni əbalı
Yalan desəm boynumadır vəbalı
Usta Molla Həsənlə həməyağ idi
Molladan çox sonra Usta sağ idi
Usta ilə Mollanın nədir ülfəti
Əlbət hər bir işin vardır illəti
Ustanın dediyi məsləhətidi
Bilirəm bu sözü lap sehətidi
Onda ki faşistlər yurda varmışdı
Usta cəlladlardan can qutarmışdı
İllər sonra Usta sözün üstünü
Açıb tanıtdırır nabab dostunu
Söyləyir dostluğun mərahilindən
Eşidin sözləri onun dilindən:
Günlərin bir günü payız axşamı
Mollanın evində yemişdik şamı
Yavaş-yavaş xəlvətlənir küçələr
Buz içində sərinləyir şüşələr
Hərdəmdə mən ilə Mirz Həsən Ağa
Doldurub vururuq əyağ-əyağa
Qaş qaralıb gündə batandan sora
Bizdə neçə gilas atandan sora
Birdən-birə gördük qapı çalındı
Xeyr ola söylədik xeyrə alındı
Yerindən qovzandı Mirz Həsən Ağa
Pərdəni bir zərrə vurdu qırağa
Baxdı dedi yavaşca ləbxənd ilə
Eşşəklərim gəlib kəlləqənd ilə
Mirza şaşırmadan soyuq davranır
Əqd oxumaq üçün tez hzırlanır
O gedir suyunan ağzın yeyxalır
Əmmaməsin qoyur əbasın salır
Deyir yavaş-yavaş sən içməkdən ol
şüşələrin buzun dəyişməkdən ol
İndicə mən kəlləqəndi alaram
Çox sürməz bunları yola salaram
Təsbehində alır Mirz Həsən Ağa
Durur düzənlənir qarşı otağa
Lahövlə və laquvvətə illa billah
Belə xeyr işlər ilə cib dolacaq inşallah
Nə başız ağrıdım sözün qıssası
Davam edir Mamağanın ustası:
Beş dəyqə çəkmirki oxuyur əğdi
Alır kəlləqəndi beş tümən nəğdi
Çeynəyir ərəbcə qələtdən-düzdən
Kimsə də anlamır dediyi sözdən
Ancaq başdan olur bəydə gəlində
Mirza dönür qənd ilə pul əlində
Yenə əmmaməni aslıyır mıxdan
Qoltuxları altda toydur şadlıqdan
Çıxadır əbanı, atır qəbanı
Çiltik çalır güpsür yerə dabanı
Busatın başında birdə oturur
Təsbehi tolazlır gilas götürür
Mən süzəni o qaldırır yuxarı
Bu işdə çoxiydi onun çıxarı
Bu doldur- boşaltın ara dəmində
Məstlik aləmində, kef aləmində
Ondan soruşdum ki Amirza Həsən
Bir sual eylirəm incimiyəsən
Mənə söylə görüm bir səni tarı
Əqd ilə arağın nədir tütarı
Utanmaz-utanmaz yenədə Mirza
Bu sözlə zatını verdi bruza
Hərnə yolkəsən var gədikbaşında
Mən oxuyan əqdin törəməsidir
Məndə gördüm ağlı qalmır başında
Doldurmadım dedim daha bəsidir
Kərim Mamağanlı
Hiç yorum yok:
Yorum Gönder