20 Ocak 2011 Perşembe

Uşaqları oxşamaq üçün bir qoşqu (Nazlama)

Ay nə balaca əllər....


Ay nə balaca əllər, incə gözəl barmaqlar
Onlara vurmaq olmaz, vursan qırılacaqlar

Nə balaca ayaqlar, fındıq-fındıq barmaqlar
yasaqdır ayaqlamaq, yoxsa dayanacaqlar

Ay nə balaca, iti, söz eşidən qulaqlar
Ona bağırmaq olmaz, yoxsa kar olacaqlar

Ay nə gözəl ağızlar, hər bir sözü baldı-bal
Amandi yasaqlama, yoxsa olacaqdı lal

Ay nə işıqlı gözlər, onlar hər şeyi izlər
O bağlansa olar kor, baxıb görməki özlər

Nə incə ruhlar hislər, özünü özgür bəslər
Onu incidmək olmaz, onda ölər həvəslər

O balaca bədəndə, incəcik onurqadan
nə deyim ki az qalır onu görməsin adam

Onu əymək yasaqdır, çünki çox yumuşaqdır
əysən qırılacaqdır, olacaq qabırqadan

Düz boy-buxunlu insan olsun hədəfimizdə
Onurqasız adamlar həddindən çoxdi bizdə


Bettina Wagner

Almancadan çevirən: Kərim Mamağanlı



Hiç yorum yok:

Yorum Gönder