Aftafa başqanı Mirza Cəfa
Hekayət eyləyir sadə bir insan,
Sözündə incəlik var yaxşı duysan
Müsafir olduğunda bir şəhərdə,
çıxıb hərdən gəzərkən həndəvərdə,
Umumi bir tuvaletdə gedərmiş,
Təmamən ehtiyacın rəf edərmiş
Bol imiş o məkanın aftafası,
Sarı, qırmız, yaşıl, əlvan boyası
Deyir aldıqda onların birin mən,
Necə Miza Cəfa qışqırdı birdən;
Aparma ay kişi qaytar gətir sən!
Yaşıl olmaz sənə, qırmız götür sən
Şaşırdım, dinmədim, baxdım dayandım
Onun bu sözlərin mən ciddi sandım
İtaət eylədim, əmrində durdum
Buraxdım yaşılı, qırmız götürdüm
Dedim qoy pozmayım nəzm-ü nizamı,
Yəqin var hər boyanın öz məqamı
Rahatlandım ogün, durdum düzəldim
Sabah birdə ora təkrar gəldim
Dedim qışqırtmayım Mirza Cəfanı,
Götürdüm birdə qırmız aftafanı
Əcəl tək hopbulub gəldi o alçaq,
Dünənki macəra başləndı ancaq;
Yetişcək qapma qırmız afdafanı
Nolar işlət biraz o daş qafanı
Məgər öz əmmənin yanındasanmı?
Həsənsoxdu dəyirmanındasanmı?
Dedim qardaş qarışdırma aranı,
Özün seçdin mənə qırmız boyanı
Xəbərsizsən dedi ərkan-ədəbdən
Bu şirkətdə varam mən bu səbəbdən
Dünənki qaydalar qaldı dünəndə
Məgər qayda dəyişməz gün dönəndə?
Birazda qayda-qanundan danışdı
Məni qandırmağa birdə çalışdı
Fikirləşdi, düşündü çox dərindən
Araşdırdı çürük cibdəfdərindən
Əli alnında bir baxdı yuxarı
Dedi uygun gəlir rənglərdə sarı
Götür çıx get mənə artıq danışma
Böyüklər əmrinə yersiz qarışma
Axır bezdirdi əhvalım dəyişdi
Cinim cüggüldədi simlər qarişdi
Tutub xıddəklədim o hoqqabazı*
Elə vurdum pozuldu dəstəmazı
Boğazın hey sıxıb rəngin qaratdım
Gözündə qorxulu dünya yaratdım
O yalvardı-yaxardı yox dedim mən
Dedi; əfv et bağışla pox yedim mən
Ölüm gəldi dayandı gözlərində
Pəşimanlıq varidi sözlərində
Sənə qurban ola canım və malım,
Məni gözlur evimdə əhl-əyalım
Dedim gər qurtuluş istərsə canın
Açıqlarsan nədir sirri boyanın
Hərif söz verdi öz canın qutardı
Dedi bir sirri yox bu aşkardı
Mənim var bu oyundan bir amacım
Bu üç-beş aftafa oldu aracım
Bəlirtəm bu yerin başqanı kimdir
Müti- o, tabe-i fərmanı kimdir
Mamağanlı Kərim
*Hoqqabaz: Nağl edən başqa söz demişdi, ədəbsizlik
olmasın deyə mən hoqqabaz yazdım
Bəlirtmək: bəlli eləmək, açıqlamaq