Kazım
Xan mədhiyəsi
At belində gəzən, mərmi oynadan,
Tüfəng ilə, sazı qoşa gəzdirən,
Ox kimi düşmanın bağrına batan,
Ağalar ağladan, bəylər bezdirən.
Ey Urmu gölünün Əsil tərlanı!
Sənsiz Urmu gölü qurumaqdadır.
Ənzəl bölgəsinin igid əslanı,
Gəl piçaq sümüyə dayanmaqdadır.
Dur gəlki oğullar izin izləyir.
Kazımdaşı boşdur səni gözləyir.
Dar günümdə məni qoyma üzülüm
Dərin düşüncəli duhalım mənim
Döyüş meydanında “Dəli Dömrül”üm
Sezgi-fərasətdə zəkaalım mənim
Elimə yapılan zülümdür zülüm
Yaman dözülmızdi bu halım mənim
Dur gəl qudurqanlıq hələdə vardır.
Hər soyqunçu bugün bir hokmdardır.
Haray Türkəm deyən oğullar-qızlar
Zülm ilə dilindən çəkilir dara
Qaranlıq dünyanın qanmaz vəlisi
Qudrət bağışlayır “Simitqo” lara
Dur gəlki sürüylə ceyran ovlanır
Ağrıdan,acıdan can əlovlanır
Sən getdin elimiz sinə dağladı
Bu dərdə, kədərə “Bulut” ağladı
Qocaman elimin qoca “Səhənd”i
Nə ağır nisgillə dedi bu dərdi;
Sənsiz Urmu gölü qurumaqdadır.
Ənzəl bölgəsinin igid əslanı,
Gəl piçaq sümüyə dayanmaqdadır.
Dur gəlki oğullar izin izləyir.
Kazımdaşı boşdur səni gözləyir.
Dar günümdə məni qoyma üzülüm
Dərin düşüncəli duhalım mənim
Döyüş meydanında “Dəli Dömrül”üm
Sezgi-fərasətdə zəkaalım mənim
Elimə yapılan zülümdür zülüm
Yaman dözülmızdi bu halım mənim
Dur gəl qudurqanlıq hələdə vardır.
Hər soyqunçu bugün bir hokmdardır.
Haray Türkəm deyən oğullar-qızlar
Zülm ilə dilindən çəkilir dara
Qaranlıq dünyanın qanmaz vəlisi
Qudrət bağışlayır “Simitqo” lara
Dur gəlki sürüylə ceyran ovlanır
Ağrıdan,acıdan can əlovlanır
Sən getdin elimiz sinə dağladı
Bu dərdə, kədərə “Bulut” ağladı
Qocaman elimin qoca “Səhənd”i
Nə ağır nisgillə dedi bu dərdi;
“Gördünki qəhrəman igid elimə,
Biri baran dedi, biri xər dedi.
Yad əllər daraşdı qızıl gülümə
Biri yoltök dedi, biri dər dedi.”
Biri baran dedi, biri xər dedi.
Yad əllər daraşdı qızıl gülümə
Biri yoltök dedi, biri dər dedi.”
Bugündə xalqıma deyilir böcək.
Bu həzyan deməklər çox sürməyəcək.
Bu sözü diyənə Türk bildirəcək,
Necə sarsaqladı, nə hədər dedi.
Bu həzyan deməklər çox sürməyəcək.
Bu sözü diyənə Türk bildirəcək,
Necə sarsaqladı, nə hədər dedi.
Ey qoçaq ellərin qoxmaz balası.
Sənsiz pərişandır Qırxlar qalası,
Müntəzəm dayanıb qayalar, daşlar,
Səni alqışlayır bütün eldaşlar.
Ey cismində Babək ruhu daşıyan!
Sən daşlar içində qurdun aşiyan.
Dayim qoçaq oldun sənə eşq olsun.
Elə dayaq oldun sənə eşq olsun.
Gündüz tarlalarda, gecə səngərdə,
Polad qollulara layiq sərkərdə,
Dağlarda, daşlarda səngər salanım,
Gecələr yatmayıb oyaq qalanım,
Hərvaqt oyaq oldun sənə eşq olsun.
Xalqa dayaq oldun sənə eşq olsun.
Əcnəbilər yurdumuza dolanda,
Sənin doğma elin başsız qalnda,
Baş,göz,qulaq oldun sənə eşq olsun.
Yenilməz dağ oldun sənə eşq olsun.
Sənsiz pərişandır Qırxlar qalası,
Müntəzəm dayanıb qayalar, daşlar,
Səni alqışlayır bütün eldaşlar.
Ey cismində Babək ruhu daşıyan!
Sən daşlar içində qurdun aşiyan.
Dayim qoçaq oldun sənə eşq olsun.
Elə dayaq oldun sənə eşq olsun.
Gündüz tarlalarda, gecə səngərdə,
Polad qollulara layiq sərkərdə,
Dağlarda, daşlarda səngər salanım,
Gecələr yatmayıb oyaq qalanım,
Hərvaqt oyaq oldun sənə eşq olsun.
Xalqa dayaq oldun sənə eşq olsun.
Əcnəbilər yurdumuza dolanda,
Sənin doğma elin başsız qalnda,
Baş,göz,qulaq oldun sənə eşq olsun.
Yenilməz dağ oldun sənə eşq olsun.
Təbiətdə
bir qanun var əzəldən,
Tüstü-duman uzaq getməz qözəldən.
Sənin heç dumansız olmadı başın.
Döyüşlərdə başa vuruldu yaşın.
Uzun bir savaşın başçısı oldun,
Nə müqəddəsimiş sənin savaşın!
Bir an dayanmadın dayim vuruşdun
Axır dastan oldun dillərə düşdün.
Şərəfli ölümdən can qutarmadın,
Ölümünlə sonsuzluğa qovuşdun.
Xalqına sərf etdin gözəl həyatın,
Ölməzlər adına qatıldı adın..
Tüstü-duman uzaq getməz qözəldən.
Sənin heç dumansız olmadı başın.
Döyüşlərdə başa vuruldu yaşın.
Uzun bir savaşın başçısı oldun,
Nə müqəddəsimiş sənin savaşın!
Bir an dayanmadın dayim vuruşdun
Axır dastan oldun dillərə düşdün.
Şərəfli ölümdən can qutarmadın,
Ölümünlə sonsuzluğa qovuşdun.
Xalqına sərf etdin gözəl həyatın,
Ölməzlər adına qatıldı adın..
“Ancaq eli üçün yaşayanların
Ölüb getmək ilə ömrü qurtarmaz
Ölümlə hayatda bir bütünlük var
Gül toxum olmasa, toxum gül olmaz.”
Ölüb getmək ilə ömrü qurtarmaz
Ölümlə hayatda bir bütünlük var
Gül toxum olmasa, toxum gül olmaz.”
“Qoy bunu anlasın həyat bağında
hasılsız cöcərən azqın vəfasız
Çiçəklər cöcərməz bahar çağında
çürümüş yarpağın tökməsə payız.”
hasılsız cöcərən azqın vəfasız
Çiçəklər cöcərməz bahar çağında
çürümüş yarpağın tökməsə payız.”
Dildə
dastan oldu “Kazımxan” adı
Adına and içir vətən övladı
“Kazımxan”deyəndə ürəklər coşur
Adına xalqımız türkülər qoşur;
Adına and içir vətən övladı
“Kazımxan”deyəndə ürəklər coşur
Adına xalqımız türkülər qoşur;
“Yayılıb hər yana söhbəti sözü
Darda qoymaz qala gözləyən gözü
Yoxsulu döyurar ac qalar özü
Ədalət börkünə qurban olaydım”
Darda qoymaz qala gözləyən gözü
Yoxsulu döyurar ac qalar özü
Ədalət börkünə qurban olaydım”
Ölməz
qəhrəmanım dur aç gözünü.
Gələcəyi görən gözünə qurban.
Koroğlu dühalım götür sazını,
Qoşmalarım sənin sazına qurban.
Bizə qoçaqliqdan bir söz-söhbət aç,
Qılıcdan kəsərli sözünə qurban.
Gətir tüfəngini sil bir tozunu,
Daşnaqlar, cilovlar tozuna qurban.
Yatma qəhrəmanım dur çıx dağlara,
Sənin qatlanmayan dizinə qurban
Büdrəməz ayağın qoy üzəngiyə
Gəl qanlar ağladaq işğalçılara
Qoy dağlar lalədən qızıl don giyə
Birdə günəş saça aydın sulara.
Gələcəyi görən gözünə qurban.
Koroğlu dühalım götür sazını,
Qoşmalarım sənin sazına qurban.
Bizə qoçaqliqdan bir söz-söhbət aç,
Qılıcdan kəsərli sözünə qurban.
Gətir tüfəngini sil bir tozunu,
Daşnaqlar, cilovlar tozuna qurban.
Yatma qəhrəmanım dur çıx dağlara,
Sənin qatlanmayan dizinə qurban
Büdrəməz ayağın qoy üzəngiyə
Gəl qanlar ağladaq işğalçılara
Qoy dağlar lalədən qızıl don giyə
Birdə günəş saça aydın sulara.
Kərim
Mamağanlı
کاظيم خان مدحييهسي
آت بئلينده گزن، مرمي اوينادان،
توفنگ ايله سازي قوشا گزديرن،
اوخ کيمي دوشمانين باغرینا باتان،
آغالار آغلادان، بيلر بئزديرن.
آت بئلينده گزن، مرمي اوينادان،
توفنگ ايله سازي قوشا گزديرن،
اوخ کيمي دوشمانين باغرینا باتان،
آغالار آغلادان، بيلر بئزديرن.
ائي اورمو گؤلونون اصيل ترلاني!
سنسيز اورمو گؤلو قوروماقدادير.
انزل بؤلگهسينين ايگيد اصلاني،
گل پيچاق سوموگه دايانماقدادير.
دورگل کي اوغوللار ايزين ايزلهيير.
کاظيم داشي بوشدور سني گؤزلهيير.
دار گونومده منی قویما اوزولوم
درین دوشونجه لی, دوهالیم منیم
دؤیوش مئیدانیندا دلی دؤمرولوم
سئزگی, فراستده ذکالیم منیم
ائلیمه یاپیلان ظولوم دور-ظولوم
یامان دؤزولمزدی بو حالیم منیم
دورگل قودورقانليق هلهده واردير.
هر سويقونچو بوگون بير حوکمداردير.
هارای تورکم دئیه ن اوغوللار قیزلار
ظولم ایله دیلیندن چکیلیر دارا
قارانلیق دونیانین قانماز ولی سی
قودرت باغیشلاییر سیمیتقولارا
دورگل کي سورويله جئيران اوولانير
آغريدان،آجيدان جان الوولانير
سن گئتدين ائليميز سينه داغلادي
بو درده، کدره "بولود" آغلادي
قوجامان ائليمين قوجا "سهند"ي
نه آغير نيسگيلله دئدي بو دردي؛
"گؤردونکي قهرمان ايگيد ائليمه،
بيري باران دئدي، بيري خر دئدي.
ياد اللر داراشدي قيزيل گولومه
بيري يول تؤک دئدي، بيري در دئدي."
بوگونده خالقيما دئييرلر بؤجک
بو هذيان دئمکلر چوخ سورميهجک
بو سؤزو ديينه تورک بيلديرهجک
نئجه سارساقلادي، نه هدر دئدي
ائي قوچاق ائللرين قوخماز بالاسي.
سنسيز پريشاندير قيرخلار قالاسي،
مونتظم دايانيب قايالار، داشلار،
سني آلقيشلايير بوتون ائلداشلار
ائي جيسمينده بابک روحو داشييان.
سن داشلار ايچينده قوردون آشييان،
داييم قوچاق اولدون سنه عشق اولسون.
ائله داياق اولدون سنه عشق اولسون.
گوندوز تارلالاردا، گئجه سنگرده،
پولاد قوللولارا لاييق سرکرده،
داغلاردا، داشلاردا سنگر سالانيم،
گئجهلر ياتماييب اوياق قالانيم،
هرواقت اوياق اولدون سنه عشق اولسون.
خالقا داياق اولدون سنه عشق اولسون.
اجنبيلر يوردوموزا دولاندا،
سنين دوغما ائلين باشسيز قالاندا،
باش،گؤز،قولاق اولدون سنه عشق اولسون.
يئنيلمز داغ اولدون سنه عشق اولسون.
طبيعتده بير قانون وار ازلدن
توستو-دومان اوزاق گئتمز گؤزلدن
سنين هئچ دومانسيز اولمادي باشين
دؤيوشلرده باشا وورولدو ياشين
اوزون بير ساواشين باشچيسي اولدون
نه موقدسيميش سنين ساواشين!
بير آن دايانمادين داييم ووروشدون
آخير داستان اولدون ديللره دوشدون
شرفلي اؤلومدن جان قوتارمادين،
اؤلومونله سونسوزلوغا قوووشدون
خالقينا صرف ائتدين گؤزل حياتين
اؤلمزلر آدينا قاتيلدي آدين
"آنجاق ائلي اوچون ياشايانلارين
اؤلوب گئتمک ايله عؤمرو قورتارماز
اؤلومله حاياتدا بير بوتونلوک وار
گول توخوم اولماسا، توخوم گول اولماز
قوی بونی آنلاسین حیات باغیندا
حاصیلسیز گؤیرن آزقین وفاسیز
چیجکلر جؤجرمز باهار چاغیندا
چوروموش یارپاغین تؤکمسه پاییز ."
سنسيز اورمو گؤلو قوروماقدادير.
انزل بؤلگهسينين ايگيد اصلاني،
گل پيچاق سوموگه دايانماقدادير.
دورگل کي اوغوللار ايزين ايزلهيير.
کاظيم داشي بوشدور سني گؤزلهيير.
دار گونومده منی قویما اوزولوم
درین دوشونجه لی, دوهالیم منیم
دؤیوش مئیدانیندا دلی دؤمرولوم
سئزگی, فراستده ذکالیم منیم
ائلیمه یاپیلان ظولوم دور-ظولوم
یامان دؤزولمزدی بو حالیم منیم
دورگل قودورقانليق هلهده واردير.
هر سويقونچو بوگون بير حوکمداردير.
هارای تورکم دئیه ن اوغوللار قیزلار
ظولم ایله دیلیندن چکیلیر دارا
قارانلیق دونیانین قانماز ولی سی
قودرت باغیشلاییر سیمیتقولارا
دورگل کي سورويله جئيران اوولانير
آغريدان،آجيدان جان الوولانير
سن گئتدين ائليميز سينه داغلادي
بو درده، کدره "بولود" آغلادي
قوجامان ائليمين قوجا "سهند"ي
نه آغير نيسگيلله دئدي بو دردي؛
"گؤردونکي قهرمان ايگيد ائليمه،
بيري باران دئدي، بيري خر دئدي.
ياد اللر داراشدي قيزيل گولومه
بيري يول تؤک دئدي، بيري در دئدي."
بوگونده خالقيما دئييرلر بؤجک
بو هذيان دئمکلر چوخ سورميهجک
بو سؤزو ديينه تورک بيلديرهجک
نئجه سارساقلادي، نه هدر دئدي
ائي قوچاق ائللرين قوخماز بالاسي.
سنسيز پريشاندير قيرخلار قالاسي،
مونتظم دايانيب قايالار، داشلار،
سني آلقيشلايير بوتون ائلداشلار
ائي جيسمينده بابک روحو داشييان.
سن داشلار ايچينده قوردون آشييان،
داييم قوچاق اولدون سنه عشق اولسون.
ائله داياق اولدون سنه عشق اولسون.
گوندوز تارلالاردا، گئجه سنگرده،
پولاد قوللولارا لاييق سرکرده،
داغلاردا، داشلاردا سنگر سالانيم،
گئجهلر ياتماييب اوياق قالانيم،
هرواقت اوياق اولدون سنه عشق اولسون.
خالقا داياق اولدون سنه عشق اولسون.
اجنبيلر يوردوموزا دولاندا،
سنين دوغما ائلين باشسيز قالاندا،
باش،گؤز،قولاق اولدون سنه عشق اولسون.
يئنيلمز داغ اولدون سنه عشق اولسون.
طبيعتده بير قانون وار ازلدن
توستو-دومان اوزاق گئتمز گؤزلدن
سنين هئچ دومانسيز اولمادي باشين
دؤيوشلرده باشا وورولدو ياشين
اوزون بير ساواشين باشچيسي اولدون
نه موقدسيميش سنين ساواشين!
بير آن دايانمادين داييم ووروشدون
آخير داستان اولدون ديللره دوشدون
شرفلي اؤلومدن جان قوتارمادين،
اؤلومونله سونسوزلوغا قوووشدون
خالقينا صرف ائتدين گؤزل حياتين
اؤلمزلر آدينا قاتيلدي آدين
"آنجاق ائلي اوچون ياشايانلارين
اؤلوب گئتمک ايله عؤمرو قورتارماز
اؤلومله حاياتدا بير بوتونلوک وار
گول توخوم اولماسا، توخوم گول اولماز
قوی بونی آنلاسین حیات باغیندا
حاصیلسیز گؤیرن آزقین وفاسیز
چیجکلر جؤجرمز باهار چاغیندا
چوروموش یارپاغین تؤکمسه پاییز ."
دیلده ذاستان اولدو کاظیم خان آدی
آدینا آند ایچیر وطن اؤولادی
کاظیم خان دئینده اورکلر جوشور
خالقمیز آدینا تورکولر قوشور
آدینا آند ایچیر وطن اؤولادی
کاظیم خان دئینده اورکلر جوشور
خالقمیز آدینا تورکولر قوشور
"یاییلیب هریانا صؤحبتی-سؤزو
داردا قویماز قالا گؤزله ین گؤزو
یوخسولو دویورار آج قالار اؤزو
عدالت بؤرکونه قوربان اولایدیم ."
اؤلمز قهرمانيم دور آچ گؤزونو
گلهجگي گؤرن گؤزونه قوربان
کوروغلو دوهاليم گؤتور سازيني،
قوشمالاريم سنين سازينا قوربان.
بيزه ايگيدليکدن بير سؤز-صؤحبت آچ،
قيليجدان کسرلي سؤزونه قوربان.
گتير توفنگيني سيل بير توزونو،
داشناقلار، جيلوولار توزونا قوربان.
ياتما قهرمانيم دور چيخ داغلارا
سنين قاتلانمايان ديزينه قوربان
بودرمز آیاغین قوی اوزنگییه
گل قانلار آغلاداق ایشغالچیلارا
قوی داغلار لاله دن قیزیل دون گییه
بیرده گونش ساچا آیدین سولارا
کريم ماماغانلي
داردا قویماز قالا گؤزله ین گؤزو
یوخسولو دویورار آج قالار اؤزو
عدالت بؤرکونه قوربان اولایدیم ."
اؤلمز قهرمانيم دور آچ گؤزونو
گلهجگي گؤرن گؤزونه قوربان
کوروغلو دوهاليم گؤتور سازيني،
قوشمالاريم سنين سازينا قوربان.
بيزه ايگيدليکدن بير سؤز-صؤحبت آچ،
قيليجدان کسرلي سؤزونه قوربان.
گتير توفنگيني سيل بير توزونو،
داشناقلار، جيلوولار توزونا قوربان.
ياتما قهرمانيم دور چيخ داغلارا
سنين قاتلانمايان ديزينه قوربان
بودرمز آیاغین قوی اوزنگییه
گل قانلار آغلاداق ایشغالچیلارا
قوی داغلار لاله دن قیزیل دون گییه
بیرده گونش ساچا آیدین سولارا
کريم ماماغانلي
Hiç yorum yok:
Yorum Gönder