Huquqi- Bəşər
Ağalardan soruşun, noldu Bəşər-haqlarınız?
Bəşərin haqqı nəçün oldu oyunçaqlarınız?
Barınarsa bu huquqdan əgər övladi- Bəşər,
Közmələnmiş yarasi birdə məgər tazələşər?
Əyyohənnas! nə gəlibdir bu Huquqi- Bəşərə?
Yağliyib Mina onu olma soxubdur Fişerə?
Mümkün olsaydi yəqin tilfun edərdim Putinə.
Bəlkə o qəsdi- dopinq ilə soxubdur götünə.
Hansı bir şeyx görəsən satmış onu qaz yerinə?
Ya qoyub Angela Merkel onu dinməz yerinə.
Onu dərman sanaraq Sərkozi, ya şaf eləyib,
Yaki sanmış zilikon yarına ithaf eləyib.
Yoxsa ondan Obama yağ düzədib xayələrə.
Qaradır amma ki var nisbəti sərmayələrə.
(Mamağanlı nə gəlib səndə kəlam iffətinə?
Ədəbiyyatda işin olma düşübdür çətinə?
Təb’i- şerim genə gəldi qəzəbə!
Ehtiyac görmürəm artıq ədəbə!
Çün siyasətdə ögeydir ədəbim.
Huşa gəlmir hələ keydir ədəbim.)
Niyətim yox ağalar tohin edəm sizlərə mən,
Dərd güc gəldi qatıldımsa ədəbsizlərə mən.
Hər tərəfdə görürəm qan tökülür laxtalanır,
Bu səbəb təb´min iffət qpısı taxtalanır.
Deməsəm qorxum odur partlıya birdən əsəbim.
Buqədər qan tökülərkən nəyə lazim ədəbim.
Nifrətim var nə uzunluqda, Japondan Pekənə.
Bundan artıq yazabilmir qələmim qantökənə.
Eşidin Avrupanın ey yaramaz başçılari!
Fitnə mətbəxlərinin ən həyasız aşçılari!
Bir deyin körpələriz qışda soyuqdan donub heç?
Ananız nazlı balam vay diyə saçın yolub heç?
Sizin övladınıza cinsi təcavüzmi olub?
Heç cəvan qardaşınız şallaqın altında ölüb?
Bitəcəkdir nəzəman xalqa qəmiş qoymaqınız?
İnsan haqlari deyib xalqlari soymaqınız?
Siz ki bilmirsiz hələ haq nədi, insan nədi,
İnsan haqlari deyib gəvşəmək olmaz əbədi
Haqlıyam indi sizi məndə silim ya süpürüm.
Yuxlamış vicdanıza izn verin mən tüpürüm.
(Qardaş imdadıma gəl qoymaki daşdım genə mən.
Biədəb sözlərilə birdə bulaşdım genə mən.)
Kərim Mamağanlı
20 Eylül 2009 Pazar
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder