Darüş-şəfayi-Cəmkəran
Xalq mə‘yus oluban üz gətirib Cəmkərana.
Lə’nət olsun bu xurafati ona andırana.
Ona andırdı yalandan quyuda var bir ağa.
Oturub torba tikir guya ki hər anqırana.
Fəqrdən hansı kasıb etsə şikayət o saat,
Gənc-i Qaruni açır minnəti var doldurana.
Bir nəfər milyonerin niyyəti gər tərsə ola,
Sirvəti bərbad, özü möhtac olar bir qırana.
Ağanın şöhrəti sərhədləri çoxdandi aşıb.
Arazı atlayıb indi yetişib lənkərana.
Bu kəramatə əgər gülsə biri vay halına,
Yay günü tətilə getsə düşəcək qar-borana.
Dəfələrlə çəkilibdir bu həqiqət sınağa.
Deyilir kafər-i mütləq buna qarşi duran.
Bu kəramatə gülən həcv yazan bir adamın,
Təb’i şe’ri qurudu döndü dili xeyzərana.
Biri şakiydi onun aləti illərdi yatıb,
gördü birdən-birə o döndü badamsındırana.
Bir sıçan nalə edərmiş pişiyin zülmündən,
Sıçanı etdi bəbir yolladı Mazəndərana.
Biri söylər bu kəramati gözuylə görüb o,
Elə iman gətirib and içir hətta qurana.
Ey səba məndən apar bircə pəyam ellərimə,
Cür‘ətin varsa əgər yol tapabilsən İrana.
Söylə gizlincə səsin qoyma eşidsin SAVAMA,
Yoxsa İranda cəza vardı pəyam çatdırana.
Söylə ki cəhl dinindən saqının kafər olun,
Cəhl aləmdə yıxar evləri eylər virana.
Quyuda möcüzə var məncə Xuzistandadır o,
Nəbilim bəlkə yeraltı yol açıb Cəmkərana!!
Birdə söylə quyuda Məhdi deyil, nəftdi yatan,
Hərgün e’caz eləyir millətə qanqusdurana.
Xalqa min zulm olunur Məhdiyə nisbət verilir,
Ne böyükdür bu yalan lə‘nət onu uydurana.
Kərim mamağanli
20 Eylül 2009 Pazar
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder