20 Eylül 2009 Pazar

Həlal olsun sənə

(Sabirə bənzətmə)

Həlal olsun sənə!

Doğrudan “Seyyid Əli” qeyrət həlal olsun sənə!
Xoş məram, düz yol, gözəl niyyət həlal olsun sənə!
Xalqa düzgün seçginin etdin əyan mənasını,
Dünyada kəsb etdiyin şöhrət həlal olsun sənə!

Hərnə bir ad sandıqa salmışsada xəlqi-xuda,
Sehrü-cadu eylədin çevrildi adlar Mahmuda.
Şeyxi-ə`la ümmətə səndən kəramətdir buda,
Möcüzatından doğan dövlət həlal olsun sənə!

Sən nə bir rəhbər, şəhənşah oldun öz İranına!
Afərin sən qıymadın bir damcı xalqın qanına!
Qıl həzər, vermə əzab bir zərrədə vicdanına,
Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə!

Niyyətin saf, məqsədin pak, vəsfə layiq ə`malın!
Sat-sovur, çək nə`şələn muxtarısan beytülmalın!
Bir kəsə yox dəxli, öz hoqqa-maşan, öz manqalın,
Dudo-dəmdən aldıqın ləzzət həlal olsun sənə!

Xatirimdən getməyib rahil İmamın bu sözü;
Böy-başa güya səni qoynunda çatdırmış özü.
Dizlərində bəllidir elmiyyənin torpaq-tozu,
Orda gizlin qurduğun ülfət həlal olsun sənə!

Söyləyir göydə mələklər afərin tədbirinə!
Bax bütün dünya bugün heyran qalıbdır sirrinə!
Dərsi-hürriyyətdə verdin, Kərbəlanın Hürrinə,
Seyyida əhsən, bu hürriyyət həlal olsun sənə!

Mərhəba əfkarına, yüz mərhəba kirdarına!
Afərin Zindani-Kəhrizəkdəki sərdarına!
Dəstəmazlı, zikrli qomi-təcavüzkarına!
Ar, namus, izzət,şərəf, iffət həlal olsun sənə!

Kərim Mamağanlı

1 yorum: