24 Eylül 2009 Perşembe

Çalın bu sırtıq oynasın....





Şad-şad şadam mən


Şad-şad, şad-şad, şadam mən.
Əhmədinəjadam mən.
Oynaşıyam daşnaqın,
Məmure-MUSADam man.

Mah-mah, mah-Mah mudam mən.
Rəhbərə umudam mən.
Prezident olmuşam,
İstirəm burcudam mən.

Şad-şad, şad-şad, şadam mən.
Muxtaram azadam mən.
Uşaq ikən arzulardım,
Xalqa çöp uzadam mən.

Şad-şad, şad-şad, şadam mən.
Əhmədinəjadam mən.
Fikrim budur milləti,
dord ildə oynadam mən.

Şad-şad, şad-şad, şadam mən.
Əhmədinəjadam mən.
“İqtisad eşşəkindir”
Bu işdə ustadam mən.

Şad-şad, şad-şad, şadam mən.
İranda hər zadam mən.
İqtisad nəyə lazim?
özüm iqtisadam mən.

Kərim Mamağanlı

20 Eylül 2009 Pazar

Huquqi-Bəşər

Huquqi- Bəşər


Ağalardan soruşun, noldu Bəşər-haqlarınız?
Bəşərin haqqı nəçün oldu oyunçaqlarınız?

Barınarsa bu huquqdan əgər övladi- Bəşər,
Közmələnmiş yarasi birdə məgər tazələşər?

Əyyohənnas! nə gəlibdir bu Huquqi- Bəşərə?
Yağliyib Mina onu olma soxubdur Fişerə?

Mümkün olsaydi yəqin tilfun edərdim Putinə.
Bəlkə o qəsdi- dopinq ilə soxubdur götünə.

Hansı bir şeyx görəsən satmış onu qaz yerinə?
Ya qoyub Angela Merkel onu dinməz yerinə.

Onu dərman sanaraq Sərkozi, ya şaf eləyib,
Yaki sanmış zilikon yarına ithaf eləyib.

Yoxsa ondan Obama yağ düzədib xayələrə.
Qaradır amma ki var nisbəti sərmayələrə.

(Mamağanlı nə gəlib səndə kəlam iffətinə?
Ədəbiyyatda işin olma düşübdür çətinə?

Təb’i- şerim genə gəldi qəzəbə!
Ehtiyac görmürəm artıq ədəbə!

Çün siyasətdə ögeydir ədəbim.
Huşa gəlmir hələ keydir ədəbim.)

Niyətim yox ağalar tohin edəm sizlərə mən,
Dərd güc gəldi qatıldımsa ədəbsizlərə mən.

Hər tərəfdə görürəm qan tökülür laxtalanır,
Bu səbəb təb´min iffət qpısı taxtalanır.

Deməsəm qorxum odur partlıya birdən əsəbim.
Buqədər qan tökülərkən nəyə lazim ədəbim.

Nifrətim var nə uzunluqda, Japondan Pekənə.
Bundan artıq yazabilmir qələmim qantökənə.

Eşidin Avrupanın ey yaramaz başçılari!
Fitnə mətbəxlərinin ən həyasız aşçılari!

Bir deyin körpələriz qışda soyuqdan donub heç?
Ananız nazlı balam vay diyə saçın yolub heç?

Sizin övladınıza cinsi təcavüzmi olub?
Heç cəvan qardaşınız şallaqın altında ölüb?

Bitəcəkdir nəzəman xalqa qəmiş qoymaqınız?
İnsan haqlari deyib xalqlari soymaqınız?

Siz ki bilmirsiz hələ haq nədi, insan nədi,
İnsan haqlari deyib gəvşəmək olmaz əbədi

Haqlıyam indi sizi məndə silim ya süpürüm.
Yuxlamış vicdanıza izn verin mən tüpürüm.

(Qardaş imdadıma gəl qoymaki daşdım genə mən.
Biədəb sözlərilə birdə bulaşdım genə mən.)

Kərim Mamağanlı

Cəmkəran

Darüş-şəfayi-Cəmkəran

Xalq mə‘yus oluban üz gətirib Cəmkərana.
Lə’nət olsun bu xurafati ona andırana.

Ona andırdı yalandan quyuda var bir ağa.
Oturub torba tikir guya ki hər anqırana.

Fəqrdən hansı kasıb etsə şikayət o saat,
Gənc-i Qaruni açır minnəti var doldurana.

Bir nəfər milyonerin niyyəti gər tərsə ola,
Sirvəti bərbad, özü möhtac olar bir qırana.

Ağanın şöhrəti sərhədləri çoxdandi aşıb.
Arazı atlayıb indi yetişib lənkərana.

Bu kəramatə əgər gülsə biri vay halına,
Yay günü tətilə getsə düşəcək qar-borana.
Dəfələrlə çəkilibdir bu həqiqət sınağa.
Deyilir kafər-i mütləq buna qarşi duran.

Bu kəramatə gülən həcv yazan bir adamın,
Təb’i şe’ri qurudu döndü dili xeyzərana.

Biri şakiydi onun aləti illərdi yatıb,
gördü birdən-birə o döndü badamsındırana.

Bir sıçan nalə edərmiş pişiyin zülmündən,
Sıçanı etdi bəbir yolladı Mazəndərana.

Biri söylər bu kəramati gözuylə görüb o,
Elə iman gətirib and içir hətta qurana.

Ey səba məndən apar bircə pəyam ellərimə,
Cür‘ətin varsa əgər yol tapabilsən İrana.

Söylə gizlincə səsin qoyma eşidsin SAVAMA,
Yoxsa İranda cəza vardı pəyam çatdırana.

Söylə ki cəhl dinindən saqının kafər olun,
Cəhl aləmdə yıxar evləri eylər virana.

Quyuda möcüzə var məncə Xuzistandadır o,
Nəbilim bəlkə yeraltı yol açıb Cəmkərana!!

Birdə söylə quyuda Məhdi deyil, nəftdi yatan,
Hərgün e’caz eləyir millətə qanqusdurana.

Xalqa min zulm olunur Məhdiyə nisbət verilir,
Ne böyükdür bu yalan lə‘nət onu uydurana.

Kərim mamağanli

Əhmədinəjadın şuari

Əhmədinəjadın şuari

Mahmudam, əl taparam bir gün atom bombasına,
Vuraram bombaları İsrayilin ombasına.

Əslim Haxamənişi, ismidə Əhmədnəjadam,
Olmayıb poste-riyasətdə mənim tək bic adam.

Ariya varisiyəm, Hitler əmoğiumdu mənim,
Xalqa barmaq eləmək əslidə şuğlumu mənim.

Aldığım dərsləri ustadi-əzəldən rəvanam,
Fəthidə Nadir, ədalətdə Ənuşirəvanam.

Daryuşam həm Kuruşam, Ərdəşirəm, Keyqubadam,
Həvəsim vardı mənim hər gecə min qan yaradam.

Cəlladam, zindanda dırnaqdan başa qan olmuşam.
Başlara tire-xəlas vurmaqla başqan olmuşam.

Girmişəm şahmata, təşri`e- ləvat eyləmişəm.
Şahlari kiş eliyən milləti, mat eyləmişəm.

Tənbəl olsamda uşaqlıqda əgər mədrəsədə,
İki alsamda əgər cəbrü-hesab-həndəsədə.

Doktoram vardi bugün, ustadıyam iqtisadın.
Daşnaqın oynaşıyam, məmuruyam mən musadın.

Yox təqəllübdə talentim bu nə bir dərddi mənə,
Şükürallah, bunuda rəhbərim öyrətdi mənə.

Dardı, zindandı, təcvüzdü bizim məsləkimiz,
Yaşasın sərdarımız var ola Kəhrizəkimiz.

Kərim Mamağanlı

Həlal olsun sənə

(Sabirə bənzətmə)

Həlal olsun sənə!

Doğrudan “Seyyid Əli” qeyrət həlal olsun sənə!
Xoş məram, düz yol, gözəl niyyət həlal olsun sənə!
Xalqa düzgün seçginin etdin əyan mənasını,
Dünyada kəsb etdiyin şöhrət həlal olsun sənə!

Hərnə bir ad sandıqa salmışsada xəlqi-xuda,
Sehrü-cadu eylədin çevrildi adlar Mahmuda.
Şeyxi-ə`la ümmətə səndən kəramətdir buda,
Möcüzatından doğan dövlət həlal olsun sənə!

Sən nə bir rəhbər, şəhənşah oldun öz İranına!
Afərin sən qıymadın bir damcı xalqın qanına!
Qıl həzər, vermə əzab bir zərrədə vicdanına,
Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə!

Niyyətin saf, məqsədin pak, vəsfə layiq ə`malın!
Sat-sovur, çək nə`şələn muxtarısan beytülmalın!
Bir kəsə yox dəxli, öz hoqqa-maşan, öz manqalın,
Dudo-dəmdən aldıqın ləzzət həlal olsun sənə!

Xatirimdən getməyib rahil İmamın bu sözü;
Böy-başa güya səni qoynunda çatdırmış özü.
Dizlərində bəllidir elmiyyənin torpaq-tozu,
Orda gizlin qurduğun ülfət həlal olsun sənə!

Söyləyir göydə mələklər afərin tədbirinə!
Bax bütün dünya bugün heyran qalıbdır sirrinə!
Dərsi-hürriyyətdə verdin, Kərbəlanın Hürrinə,
Seyyida əhsən, bu hürriyyət həlal olsun sənə!

Mərhəba əfkarına, yüz mərhəba kirdarına!
Afərin Zindani-Kəhrizəkdəki sərdarına!
Dəstəmazlı, zikrli qomi-təcavüzkarına!
Ar, namus, izzət,şərəf, iffət həlal olsun sənə!

Kərim Mamağanlı