Vay! budur
insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm

Gör nə məlul eylədi dünyada insan məni
Öz halıma qalmağa qoymadi bir an məni
İndi yesin istərəm yırtıcı heyvan məni
Ol ki riyasız məni parçalıyar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Öz halıma qalmağa qoymadi bir an məni
İndi yesin istərəm yırtıcı heyvan məni
Ol ki riyasız məni parçalıyar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Bir elə heyvan ki, özdilimə dəymiyə
Yurd-yuvamdan məni sürgünə göndərmiyə
Küfr ilə,təhgir ilə mənliyimi əymiyə
Yırtıcı heyvan vəli, baədəb o tərbiyə
Yalniz acarkən bu tək canə qıyar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Yurd-yuvamdan məni sürgünə göndərmiyə
Küfr ilə,təhgir ilə mənliyimi əymiyə
Yırtıcı heyvan vəli, baədəb o tərbiyə
Yalniz acarkən bu tək canə qıyar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Dev nağılın xırdakən bir neçə yol duymuşam
Mən o devin qorxusun qəlbimə doldurmuşam
İnsanı gördüm dedim, boş xəyala uymuşam
İndi adamdan devə, rah-i fərar istərəm
Vay! budur insan əgər, mən canavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Mən o devin qorxusun qəlbimə doldurmuşam
İnsanı gördüm dedim, boş xəyala uymuşam
İndi adamdan devə, rah-i fərar istərəm
Vay! budur insan əgər, mən canavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Nənəm demişdi devin hər əməli pisdi,pis
Kimsə hələ görməyib dünyada devdən xəbis
Qəlbi onun daş kimi, kimsəyə olmaz ənis
Heç demədi minləri bir dev edərmiş həbis
yaki qız-oğlanları yollar o kəhrizəkə
Mən baxıram devlərə bunca yaraşmaz ləkə
Dev nə zəman Qırqızı düşman edər Özbəkə
Bircə bu insan işi məzhəkədir,məzhəkə

İndiyə tək hansı dev bunca yəhud öldürüb
Yaki ərəb yurduna harda yəhud doldurub
Bir gecədə hansı dev min kərə tonqal qurub
İnsan əlindən çəkəm dad o havar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Yaki ərəb yurduna harda yəhud doldurub
Bir gecədə hansı dev min kərə tonqal qurub
İnsan əlindən çəkəm dad o havar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Yrıtıci heyvan deməz hərgələni qoy qırım
qurşalayım daşnağı türkə yapım soyqırım
Bunları gördükcə mən istəyirəm hayqırım
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
qurşalayım daşnağı türkə yapım soyqırım
Bunları gördükcə mən istəyirəm hayqırım
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Nənəm demişdir devin çox itidir dişləri
Adam kəbab etməyə vardı uzun şişləri
Dev nə zəman yapdı ki adam yapan işləri
dev düşünərmi məgər bunca fəna düşləri
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Qurban olum dev sənə, gəl ye bu insanları
Bir dəfə qurtar bütün bəndə düşən canları
Qoy qara hakimlərin boş qala zindanları
göydə nə ayin, nə din , yerdə nə dar istərəm

Harda görübsüz ki dev həqq-i bəşərdən deyə
Nəftə görə qan tökə hər gələni şərliyə
üzdə gülə dost ola, arxada xəncərliyə
Varsa bu insanlara zərrəcə ar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Nəftə görə qan tökə hər gələni şərliyə
üzdə gülə dost ola, arxada xəncərliyə
Varsa bu insanlara zərrəcə ar istərəm
Vay! budur insan əgər, mən cənavar istərəm
Bircə adamdan sevay canlı nə var istərəm
Sübh-i əzəldən bəri zat-i bəşər böyləmiş
Bu sözü Hafiz necə doğru bəyan eyləmiş
Bu qara torpaqda heç yox bir adam söyləmiş
Başqa bir aləm gərək, bir yeni insan ola
Orda fəqət əhl-i eşq, can ola,canan ola
Bəlkə dönə meylimə çərx o mədar istərəm
Məndə gözəllik, şərab, sevgili yar istərəm

Kərim
Mamağanlı
Hiç yorum yok:
Yorum Gönder