Mənə zor gəldi dərdim, dərd əlindən gör nələr
yazdım
Yaman əfkarə daldırdı, əcayib cümlələr yazdım.

Gözəl sözlərlə dünya qurdum amma, öz xəyalımda
Məni sıxdıqca pulsuzluq gah altın, gah zər yazdım

Evimdə balkona bir qab su qoydum, bir sınıx səndəl
Beş ulduzlu hotel yazdım, Dəniz, okean ,Xəzər yazdım

Vətəndə deprem olduqda inan ki, titrədim məndə
Vətən, kənd, Vərziğan yazdım, Heris yazdım, Əhər yazdım

Bugün yüzlər şekil gördüm yıxılmış palçığ evlərdən
Yazıq mən çarəsizlikdən, ax eyvay körpələr yazdım

Bacı torpaqlar altında sızıldar, qalmış imdadsız
Ana torpaqlar üstunde yolar saç, üz didər, yazdım

Uşaqlar gövdəsin sixdiqca çiykərpic, mən
hövlümdən
Beton yazdım, dəmir yazdım, bina-yi mötəbər yazdım

Bütün aləmdə dövlətlər xəsarati edər cübran
Mənim yurdumda tavanı yazıq millət ödər, yazdım

Rəyiscumhur hani? Harda batıb qalmış hilaləhmər?
Şərəfsizlik aşıb həddindən, olmaz bu qədər, yazdım

Məgər rəhbər bugün, harda gedibdir ...? Əşhədobellah!
ihanət etmədim əsla bu feli müstətər yazdım

Mən əslən şən-i islamə toxunmaq istəməm,
yalnız
Oğullar, qızlar, insanlar, vətənsiz, dərbedər yazdım

Nə yazdım mən toxunsun ki, biraz səhv oldu
sözlərdə
Yazırdım rəhbər-i islam kırıxdım kəlləxər yazdım

İhanət olsada artıq o mə´sum eşşəyə oldu
Yəqin ya ölçü dar gəldi və ya mən birtəhər yazdım
Münasib cümlə qurmaqçün mən islam iqtisadından
Vətəndə inhisar, anbar ,toyuq, at, çay, şəkər yazdım

Nəhayət xalqa yazmaqçün həzin-nisgilli bir
cümlə
Yetim, dilsiz və dövlətsiz, günü gündən bətər yazdım

Könül səsləndi gəl eşqə uyar bir cümlə yaz, məndə
Harmdır eşq, aşıqda, başı, darə, gedər yazdım

Dedi Fərhad-şirin ölkəsində eşqdən yazmaq
Və məndə daşqalaq, ümmət, Daş əllərdə gələr yazdım

Axundi eşq üçün lakin kiçik bir cümlə qurdum mən
Mühəllil, siğə, dəyyus molla, fəhşa, fitnəgərgər yazdım

Və əmma qəlbə quvvət, milli fəxrim, Dahi
insanlar
Fədayi, yirmibir Azər,Cəfər və Pişəver yazdım

İgidlik naminə uyqun, başi qarli dağa misdaq
Boyük sərkərdə, yazdım, Qəhrəman yzdım, Səfər yazdım

Uzun bir cümlə istərdim yazam cinsəl təcavüzdən
Birinci allt-i azar, dağa vursan dələr yazdım

Əgər qurban qadındırsa səvab-i Kərbəla hasil
Əgər qurbanlıq ərkəksə, səvab-i həcc edər yazdım

İkinci dəstəmaz, niyyət, zikir zimn-i təcavüzdə
Bu fitva çox müfəssəldir utandın muxtəsər yazdım

Rəyis-i intizamatdan yetərli cümlə yazmaqçün
Namazda, altıca qəhbə, səfə, çılpaq, düzər yazdım

Səfehlik sözcüyündən də gülünc bir cümlə
qurmaqçün
Kuruş, bünyanquzar, mənşur, huquq birdə bəşər yazdım

Yoruldum cümlə yazmaqdan, nədəndir dərd
qurtarmaz
Yığışdır dəftəri bəsdir, Kərim qardaş yetər yazdım

Sonuncu cümləmi öz vəsf-i halimlə bitirdim mən
Qərib, aşıq, sözüm sadə, ömür, birdə hədər yazdım

Mamağanli
Kərim