Hər zəman şərəflə çəkilir adın
Məhəbbət ocaği hörmətli qadın
Ey qəhrəman doğan igid bəsliyən
İnsana varlıği sən bağışladın
Varlığın ən qaynar çeşməsi qadın
Insanlıq gözünün sürməsi qadın
İncəlik bağının mivəsi qadın
Gözəllik dağının zirvəsi qadın
Öz tanrılığına sən inanmadın
Yer üzün aradın göyə sıtqadın
Oldun daşqalaqın qurbani qadın
Varlıqın, həyatın yarisi sənsən
Həyata bal desəm arisi sənsən
Tomris anaların varisi sənsən
Ana deyim sənə, xanım ya xatın
sevginin,sevincin qaynaği qadın
Səni oxşadanlar yarıminsana
Gərək şərm eyliyə, ölə,utana
Sən həmi insansan həm ona ana
Bütün bəşəriyyət sənin övladın
Şirin laylaların qucaği qadın
Hər zəman yoldaşın dara düşəndə
Onun qəm-kədərin bölüşdün səndə
Yoldaş həsrətilə öldün öləndə
Nə unutdun onu nə yadırqadın
Sənə alqış olsun vəfali qadın
Laylalar süzülüb sənin dilindən
Mahnılar yaranıb hər nisgilindən
Hərvax cəfa gördün öz sevgilindən
Sən səssiz-səmirsiz yanıb ağladın
Səbir məktəbinin ünvani qadın
Qanli savaşlarda qənimət oldun
Hərəmsəralarda sən zinət oldun
İnsana dərd oldun müsibət oldun
Səsin insanlığa çatdıranmadın
sinəndə boğuldu nalən,fəryadın
Oldun daşqalaqın qurbani qadın
Şəriət gözündə naqis göründün
Qorxuların qıynağında süründün
Cəhlin qara bayrağına büründün
Gözəlliyi sən çarşaba çulqadın
Vahşi daşqalaqın qurbani qadın
Ey candan pay verən canlar yaradan
Könlün yasdan qutar günün qaradan
Bürünmə çarşaba çıx çadıradan
Falçıdan seyiddən kəs etiqdın
Olma daşqalaqın qurbanı qadın
Yırtıcı quvvələr qorxunc yasalar
Çox yaşar qadınlar oyanmasalar
Əski inanclara inanmasalar
Yolumuz saf olar günümüz aydın
Olmaz daşqalaqın qurbanı qadın
Kərim Mamağanlı