Sən gözəl görkəmli dağıdın ana
Qoynunda boy atdım sənə dayandım
Sən getdin dünyamı dağıtdın ana
Dağ oldun sinəmdə yandım nə yandım
Bilirəm anacan, yoldaydı gözün
Deyənmədin, qaldı sinəndə sözün
Son görüşə gələnmədim, bağışla
Qurbət əsiriyəm bilirsən özün
Dağlar sıralandı aşa bilmədim
Gəlib sənlə qucaqlaşa bilmədim
Yollar zalim oldu, əcəl amansız
Son nəfəsdə vidalaşa bilmədim
Bir qorxu salmışdı ruhuma kölgə
Məni gecikdirən buyumuş bəlkə
Mən səni torpaqa qoya bilməzdim
Hazır deyildim mən bu ağır yükə.
Ana can nə olar bağışla məni
Sən ki bağışlardın dostu-düşməni
Hər ana övladın bağışlar amma,
Necə bağışlıyım de özüm, məni
Ən çox bağışlayan anadır ana
Ana məhəbbəti gələrmi sana?
Kərim bu sözündə yanılmaz desə
Dünya bir yanadı ana bir yana
Kərim Mamaqanli
6 Kasım 2010 Cumartesi
24 Ağustos 2010 Salı
Heyvan sənin nəyin deyim
Mamağan hekayələri
Heyvan sənin nəyin deyim
Heyvan sənin nəyin deyim
Yılmaz Qars şəhərində anadan olmuş, orda boya-başa çatmış, indi də iyirmi ildən çoxdur ki Almaniyada yaşayır. O orta yaşlı və şiə-müsəlmandı, mənimdə mollalardan bezar olduğumu yaxşı bilir. Yılmaz, eləcə mən hər birimiz öz ləhcəmizdə danışırıq və heç bir problem olmadan bir-birimizlə rahatcasına anlaşırıq. Bir gün Yılmaz İrandaki islam rejiminin nə olduğunu bilmədən məndən belə soruşdu;
Abi sən axundları nədən sevmiyorsun? Olma islamdan bir kötülükmü gördün?
Məndə heç şaşırmadan bu sorqunu cəvablandırmaq üçün fikirləşirdim amma sözün düzünü istəsən bilmirdim hələ nə deyim. Bilmirdim belə gəriçi rejimin nə olduğunu, onun hədsiz-hesabsiz cinayətlərini necə sadə dillə bir qıssa zəmanda ona anlatmaq olar. Bu fikirlərdəydim ki birdən bir hikayə yadıma düşdü. Dedim arxadaş gəl sənə Mamağan hekayələrindən birisini anlatım.
Qədim zəmanlar Mamaqanda Salman Əmi`nin bir yekə eşşəyi varidi. O heyvan elə iri və xoş görkəmliydi ki onu axşam alaqaranliqda bir atınanda səhv salmaq olardi, amma o çox pis xasiyətlərədə malik idi. Hamısı bir yana heyvan ara-sıra yamancasına sancılanmağa başlamışdı və çox əcib-qərib səslər çıxarmaqla yuxunu Salman Əmi’yə və hətta onun yaxın qonşularınada haram edirmiş. O öz yiyəsini gecə yarısı isti yerindən ayağa qalxıb fənar yandırıb onun qayqısına qalmağa məcbur edirmiş. Salman Əmi heyvanin bu yaramazlıqına dözmədən onu satmaq qərarına gəlir və yübanmadan mal bazarında onu satmaqa hazır olur. Ele birinci müştəri onu iri və xoş görkəmli olduğuna görə bəyənir və satıcının dediyi pula alır. Eşşəyin ədalarindan qafil olan muştəri onun noxdasını əlində tutaraq onu çəkə-çəkə eve sarı yollanmaq istəyirdi ki birdən üzünü tutub salman Əmi’yə və belə dedi;
Ay qardaş indiki bu heyvanın yiyəsi mən oldum, onun xasiyətlərini də bilməyə haqlıyam, sən allah bir pis ədası varsa söylə qoy mən bilim. Salman Əmi bir eşşəyə baxdı bir o yazıq müştəriyə baxdi, kimsə eşitmədən ancaq baxışlarıyla eşşəyə belə söylədi:
Heyvan sənin nəyin deyim?
Nəyin qalsın, nəyin deyim?
Soncuğa qalxmağın deyim?
Uşağı yıxmağın deyim?
Noxdanı qırmağın deyim?
Xurcunu cırmağın deyim?
Ötürülüb qaçmağın deyim?
axıra sıçmağın deyim?
Kölgəndən hürkməyin deyim?
Palanın sökməyin deyim ?
Gullərə ağız atmağın
Bostana baş uzatmağın
Ədalarin gəlməz sana
qalsın hamısı biryana
Gecə bu sancılanmağın
Etdi məni darma-dağın
Heyvan sənin nəyin deyim
Nəyin qalsın, nəyin deyim
Salman Əminin belə susarkən heyvana bir təhər durub baxması müştəridə şübhə yaradabilərdi, o İşin üstü açılmasın diyə tez özünü toparlayıb yarı ciddi yarı zərafatla dedi; Ay kişi ürəyinə heç pis şey gətirmə, mən and içirəm ki bu heyvanı sənə satmaqla öz çirağımı söndürüb sənin çirağını yandırıram, sən bunu sonra başa düşəcəksən.götür get sağlığına qismət olsun. Doyunca minəsən. Alıcıda allah sənə xeyir versin deyib razılıqla evinə sarı yolunu çəkib getdi.Başı bəlalı kişi eşşəyi gətirdi saldı tövləyə, yemini-suyunuda yanına qoyub getdi öz işinə. qəzadan elə birinci gecə eşşəyin sancısı tutur, o elə pis səslər çıxarır ki təzə yiyəsini yuxudan oyadır. Zavalli kişi gedim görüm heyvanin nə dərdi var diyə yerindən qalxır fənarı gətirir yandırmağa, elə o fənarı yandirarkən başa düşür ki Salman Əminin öz çirağını söndürüb onun çirağını yandırmaq ifadəsi nə deməkdir!!
Yılmaz sona qədər məni çox maraqla dinləyib və belə dedi;
-Abi vallahi halal olsun, sənin bu hekayən mənim çok hoşuma getdi, sənin sözlərindən böylə anladım ki Salman amca o eşşeyin kötülüklerini yaşayan gibi səndə axundların kötülüklərini yaşadın, bəndə İranda heç zaman olmadıqım için eşşəyi alan adam gibi onları sonra başa düşəbilərim. Böyləmi abi?
Yılmaza cəvab olaraq dedim; təmamilə doğru anlamısan arxadaş.
-Abi şimdi axundların kötülüklərini anlatarmısın? İştə anlat bakalım. Nə olurki?
Axi Yılmaz qardaş İran rejiminin yapdıqları cinayətlər bir-iki deyil mən sənə hankısını anlatım, onun səggiz il təmam İraqla boş yerə müharibə edib bir milyon insanı qırmasını deyim, narkotik maddələri gənclər arasında noğul-nabat kimi paylamasını deyim, bir həftənin ərzində altımin gənc insanı zindanlarda qətliam etməsini deyim, qadınları daşqalaq etməyini deyim, fağır xalqın xəstəxanalar qabağında böyrəklərini satmaq üçün səf çəkdiklərini deyim, yazıq xalqın sərvətlərini satıb İsviçrə bankalarında şəxsi hesablarına yatırmaqlarını deyim, Fars dilindən başqa, bütün dillərin yasaq olduğunu deyim, otuzbeş milyon Azərbaycanlıya “türkə xər” deməyini...
Yılmaz birdən təəccublə sözümü kəsdi;
-"Türkə hər" nə abi?Əgər mümkün olursa iştə bu sonuncunu bənə anlat, çox maraqlıdı.
Türkə xər, türk eşşək deməkdir arxadaş, doxsan ilə yaxındırki Farslar bizə belə ehanət edirlər, indi ki bizdə buna etirazımızı bildiririk deyirlər; “Əstəğfürüllah, siz türk deyilsiniz, biz Türkiyədə yaşayan türklərə eşşək deyirik” və bizim də türk yox, azəri olduğumuzu anlatmağa can atırlar.
Bu söhbətlərdən Yılmazın bir miqdar etgilənməsi onun çehrəsindən və etdiyi suallardan bəlli idi, nə edimki o sualların cəvabı Mamağan hekayələrinə sığan deyil.
Kərim Mamağanlı
30 Temmuz 2010 Cuma
Mənə bir saz gətirin
Qəbrim üstə gələr olsuz mənə bir saz gətirin
Həmd-ü rəhman yerinə, Şur ilə Şəhnaz gətirin
Fatihə istəmirəm özgə dilindən bezaram
Öz dilimdə mənə ruh oxşayan avaz gətirin
Alimin nəğməsini, varsa Ədalət sazını
Birdə Habil kəmanindan mənə e’caz gətirin
Çünki bir faydası yox Ağı deyib ağlamaqın
Oxuyun Qoşma, Gərayli qış ötüb yaz gətirin
Mey için torpağımın üstünə məstanə gəlin
Həm o meydən ki içənlər onu doymaz gətirin
Qəbrim üstündə düzün yan-yana al badələri
Nuş edin cümləsini siz yenədə az gətirin
O gözəl haləti vəsf etmədə acizdi dilim
Sevgidən nüş’ət alan bir neçə xoş söz gətirin
Naz möqəddəsdir əgər nazlı gözəl sadiq ola
Ey sədsqətli gözəllər mənə siz naz gətirin
Düzdi mən ölməzidim eşvə-naz oldürdü məni
Elə bir naz ki aşıq canına qıymaz gətirin
Mamağanlı Kərim
Həmd-ü rəhman yerinə, Şur ilə Şəhnaz gətirin
Fatihə istəmirəm özgə dilindən bezaram
Öz dilimdə mənə ruh oxşayan avaz gətirin
Alimin nəğməsini, varsa Ədalət sazını
Birdə Habil kəmanindan mənə e’caz gətirin
Çünki bir faydası yox Ağı deyib ağlamaqın
Oxuyun Qoşma, Gərayli qış ötüb yaz gətirin
Mey için torpağımın üstünə məstanə gəlin
Həm o meydən ki içənlər onu doymaz gətirin
Qəbrim üstündə düzün yan-yana al badələri
Nuş edin cümləsini siz yenədə az gətirin
O gözəl haləti vəsf etmədə acizdi dilim
Sevgidən nüş’ət alan bir neçə xoş söz gətirin
Naz möqəddəsdir əgər nazlı gözəl sadiq ola
Ey sədsqətli gözəllər mənə siz naz gətirin
Düzdi mən ölməzidim eşvə-naz oldürdü məni
Elə bir naz ki aşıq canına qıymaz gətirin
Mamağanlı Kərim
Kaydol:
Kayıtlar (Atom)