3 Ağustos 2013 Cumartesi

İmamzadaların yaranması



 Sadə Bilal, Aşıq Bilal, Dəli Bilal, Başıbəlalı Bilal, Kasıb Bilal, Yanıq Bilal birdə Yazıq Bilal,bunların hamısı Bilal əmiyə verilən ləqəblər idi.Hələ bu harasıdir, ömrünün son çağlarında isə Qoca Bilal və Bezar Bilal adını qazanmışdı. Bilal əmi gənc vaxtlarında eşq oduna yanıb kül olanlardanımış. Onun çəkdiyi eşq acısına bu qısacıq hekayədə yer ola bilməz, ancaq bu qədər deməliyəmki, Aşıq Bilalın ilk eşqində yenilməsinə səbəb onun yoxsulluğu ve yoxsulluğuna səbəb saf-sadə bir insan olmasıydı. Sadə Bilal ömründə bir dəfə də olmuş olsa kimsəni aldada bilməmişdi və həyatı boyunca yalan danışmaq “nemətindən” nəsibsiz qalmışdı.
 Rəvayətə görə,ən qıssası bələdirki, Qoca Bilal son vaxtlar zəmanənin acılıqlarindan, düşman tənəsindən,dost minnətindən,zalim ağaların əziyyətindən cana gəlmişdi və bütün cahil insanlardan, yaramaz qonşulardan belə öz yurd-yuvasından bezar olmuşdu, elə buna görə də şəhər həyatından baş götürüb dağlara çıxmaq qərarına gəlmişdi.
                                 
 Bir gün səhər çağı hələ dan yeri ağarmadan Bezar Bilal yerindən ayağa qalxır və qərara gəldiyi kimi, dağlarda səssiz-səmirsiz, qalabalıqdan uzaq təmiz bir hava almaq həvəsilə öz yurdunu-yuvasını tərk edərək  şəhər yaşamıyla vidalaşır və hər nə olursa olsun deyərək üz qoyur dağlara tərəf. Yazıq Bilal var gücüylə arxasına belə dönüb baxmadan yoluna davam edir. O, zəmiləri, dərələri, düzləri arxada qoyaraq gedir və eyni zamanda öz içində savaşda olan iki hissi də özüylə daşıyır,biri sevinc, obirisi qorxu. Bir yandan düşünürki, yaxamı pisliklərden qurtarmaqdan yana gedirəm, ama bir tətrəfdəndə özü-özünə deyir ay Başıbəlalı Bilal,hər bəlanı başından sovmusan bir qalmışdı qoca çağında qurda-quşa yem olmağın. Qoca Bilal yorğun-arğın olsada sevinc hissi onda daha güclüydü və hələ də getməyə davam edirdi,  o qədər gedirki,  şəhərdən və ya hər hansı bir avadanlıqdan heç bir əsər görünməyən bir yerə, dağların ətəyinə çatır ama ,hələdə içindəki savaşda olan hisslər onu rahat buraxmaz, Bilal xəyalatda, günəş bata-batdaydı, o anda onun gözünə  dağın başında bir daxma sataşdı və gecəni orda daldalanmaq niyətilə dağın başına çixmağa başladı. Daxmaya yaxınlaşdıqca onun görkəmindən bir imamzada olduğu bəllənirdi. Bilal əmi imamzadanın qabağına çatmağa az qalırdı, imamzadanın qapısı açıq idi, günəş son zərrələrilə imamzadanın içində oturan Pir Vəlinin gözlərini qamaşdırırdı, o da hənali saqqalı tumarlayaraq bir əlini isə gözlərinə çətir qılıb gələn adamın kim olduğunu görmək istəyirdi. Axir ki, Bilal əmi imamzadanin qapısının qabağına çatdı, əl verib salamlaşmadan sonra  girib içəridə oturdular.Biraz çaydan-çörəkdən ortaya gəlir, eləki yemək süfrəsini ortadan yığışdırırlar ürək süfrəsi açılıır, deməlilər deyilir, Bilal əmi tamamilə başına gələnləri və qafasındaki düşüncələri Pir Vəli ilə paylaşır, Pir Vəlidə içdən sevinərək gülə-gülə deyir; Ay kişi,lap elə su axıb,çuxurunu tapıb, beləki Bilal Əmidən onun yanında qalıb ona həmdəm olmasını istəyir, Bilal əmi də kor allahdan göz istəyən kimi onun istəyinə razılıq verir. Beləliklə, Bilal əmi  imamzadada yerləşib qaldı və Pir Vəliyə yaxşi bir həmdəm oldu.Onlar hər ikisi həyatlarindan məmnun yaşayaraq, ora gələn ziyarətçilərin verdiyi pul-para ilə rahat və dəğdəğəsiz dövran sürərlər. Bilal əmi ara-sıra Pir Vəlinin eşşəyini minib, ətrafdaki kəndlərdən özlərinə lazim olan alış-verş eləməyə gedərdi və onlar aylar-illər bu sayaq yaşayıb  həyatın dadını çıxarırdılar. Bilal Əmi uzun müddət o eşşəyi minib alış-verişə getdiyi üçün o heyvanla yaman ünsiyyət tapmişdi, o heyvan unun üçün yeganə dost idi ki, nə ona tə´nə vurardı, nə minnət qoyardı, nədə özünü ondan üstün görərdi.
 Günlərin bir günü Bilal Əmi çox sevdiyi eşşəklə alış-verişdən dönərkən  yolun ortasında heyvanın ayaği büdrədi və yerə yıxıldı, elə o yıxlmaq olduki, birdə ayağa qalxa bilmədi, cox sürmədi heyvanın yatdığı yerdə canı da çıxdı.
 Bilal Əmi bu olaydan yaman yasa batdı və onu buraxıb getməyə vicdanı yol vermədi, o öz içində hiss elədiki onu buraxib getmək dosluğa yaraşmaz, heç olmasa onu basdırib sonra getsin. Beləliklə, bir təhər heyvanı basdırır, bir neçə daş-duş tapıb getirir, gözlərindan yaş dama-dama onun qəbrinin yan-yövrəsinə düzür. O anda oradan keçen  bir neçə adam Bilal əmini bu halda görüb, Allah rəhmət eləsin ,əmi, burda yatan oğlundurmu deyə soruşarlar.
 Sadə Bilal  utancından orda yatanın gərçəkdən nə olduğunu söyləyə bilmir və ömründə birinci dəfə yalan deməyə məruz qalaraq deyirki, bura bir imamzadanın qəbridi, mən də bunu kitablardan çox arayıb-axtarandan sonra bu gün kəşf eləmişəm. Onlarda sevinərək, gəlin bizdə elə yolu yaxın eliyək nəzirlərimizi bura verək deyər, salam-salavatla dua oxuya-oxuya biraz puldan-paradan çıxarıb  eşşəyin qəbri üstə atdılar və heç nə sormadan ordan uzaqlaşdılar. Bu birinci dəfə idi ki, yalanın dadı Sadə Bilalın damağına yatdı, Sadə Bilal işi belə görüncə ordan getmək düşüncəsi onun qafasında dəyişildi və sürətlə Mir Bilal olmaq düşüncəsi  yarandi. Tez ayağa qalxdi, dostu Pir Vəli üçün aldığı yaşıl şalı xurcundan çıxarıb öz boynuna doladı  və qəbirin başında oturub ona bəzək-düzək verərək, hər ordan keçənə oranın bir yeni bulunmş imamzada olduğunu anlatmağa başladı. Mir Bilal o sözləri yoldan keçənlərə o qədər anlatmışdıki, özü də yavaş-yavaş o qəbirin bir imamzada qəbiri olduğuna inanmağa başlamışdı. Bir ay ərzində Mir Bilal imamzadanın öz qazancilə o məkani həqiqi bir imamzada halına gətirməyi bacarmişdi. O imamzadanın günü-gündən rövnəq tapmasi onu çox sevindirirdi, hərdən də əfsus edərək öz-özünə deyirdiki, agər bu işi gənc çağlarında başlasaydı indi o bölgədə otuzdan çox imamzadaya sahib ola bilərdi. Mir Bilalı imamzadasında öz halına buraxaq, gəlin görək onun dostu Pir Vəlin başına nelər gəldi.
Pir Vəli öz dostunun geri dönməməsindən dolayi çox nigaran idi, onun üçün yaman darıxmışdı, az qala maraqdan ölürdü, görəsən Bilalın və yazıq eşşəyin başına nə bəla gəlib?  Hər gün bir pis xəyal onun ürəyini rahat buraxmırdı, bir yandan da günbəgün ora gələn ziyarətçilərin sayının azalması onun rahatsızlığını artırırdı. Axırki, bu xəyallara son qoymalıyam deyə qalxır və  üzaşağı yola düşür, dağdan yenir bir qədər yol gedəndən sonra bir təpənin döşündə bir yeni imamzadanin yaranmasına şahid olur. Pir Vəli bu səhnəni görəndə şaşırıb qalır, o birinci öz bazarının günü-gündən kasadlanmasının səbəbini anlayır, biraz bu səhnəyə mat- mə´təl qalır,  görürki, imamzada nə imamzada! nəzir deyən kim! qurban kəsən kim! dəxil düşən kim! yalvarıb-yaxarıb şəfa istəyən kim! o bunları gördükdə öz-özünə deyir; evin yıxıldı Pir Vəli! O işin nə olduğunu anlamaq üçün irəli gedir və imamzadanın mütəvəllisi ilə tanış olmaq istəyir. O, imamzadanın qabağına çatanda  öz dostu Bilalı görür, amma bu Bilal onun gördüyü Bilala bənzəməz, o artıq Mir Bilal olmuşdu, əli təsbehli, ağzı dualı, mömin ədalı, boynunda şali, uzun saqqalı ancaq deyim ki, onun gördüyündən daha qutlu-mutlu daha görkəmli bir Bilal olmuşdu. Bir çox hal-əhval, salamlaşmalar və qucaqlaşmalardan sonra yavaş-yavaş ziyarətçilər də oranı tərk edirdilər. Eləki, imamzadanın ətrafında kimsə qalmaz iki dostun şirin-şirin söhbəti başlanır, hərçənd  Mir Bilal grçəkləri anlatmağa biraz çəkinirdi. Allahdan gizlin deyil səndən nə gizlin, beləliklə söhbəti açır və başına gələnləri öz dostuna bir-bir anlatır, imamzadanın necə yaranmasını anlatandan sonra, Pir Vəli gülə-gülə deyir; Ay kişi belə xırda-para  olaylara görə ürəyinə pis şeylər gətirmə, elə o rəhmətlikdə ki, mən onbeş il öncə dağın başında basdırmışam bu rəhmətliyin anasıydı.
Kərim Mamağanlı