Sən gözəl görkəmli dağıdın ana
Qoynunda boy atdım sənə dayandım
Sən getdin dünyamı dağıtdın ana
Dağ oldun sinəmdə yandım nə yandım
Bilirəm anacan, yoldaydı gözün
Deyənmədin, qaldı sinəndə sözün
Son görüşə gələnmədim, bağışla
Qurbət əsiriyəm bilirsən özün
Dağlar sıralandı aşa bilmədim
Gəlib sənlə qucaqlaşa bilmədim
Yollar zalim oldu, əcəl amansız
Son nəfəsdə vidalaşa bilmədim
Bir qorxu salmışdı ruhuma kölgə
Məni gecikdirən buyumuş bəlkə
Mən səni torpaqa qoya bilməzdim
Hazır deyildim mən bu ağır yükə.
Ana can nə olar bağışla məni
Sən ki bağışlardın dostu-düşməni
Hər ana övladın bağışlar amma,
Necə bağışlıyım de özüm, məni
Ən çox bağışlayan anadır ana
Ana məhəbbəti gələrmi sana?
Kərim bu sözündə yanılmaz desə
Dünya bir yanadı ana bir yana
Kərim Mamaqanli
6 Kasım 2010 Cumartesi
Kaydol:
Kayıtlar (Atom)