Kim kəsdi bu xalqın dilini dağladı bilməz
Bu matəmə kim şeyha çəkib ağladı bilməz.
Gizlində axan gözyaşı qardaş selə dondu,
Bu sel nə uçün hardan axıb cağladı bilməz.
Qudrət ağaları belə qoymaqda qərarı,
İşğalçı atı yurdumu dırnaqladı bilməz.
Azər elini saldı qana azər ayında,
Minlər şəhidin üstünü torpağladı bilməz.
Kar oldu qulaq, sındı qələm, yandı kitablar,
Sürgün düşərək min yazıçı dığladı bılməz.
Yandıqca gəraylı bayatı qoşmada yandı,
Əslan yerinə tülkülər oynaqladı bilməz.
Fəryad, koroğlu qılıcı qaldı qınında,
Quldur yenidən öz tüfəyin yağladı bilməz.
Bir şanlı dili kəsmək üçün yaltaq adamlar,
İslam qəməsin şah belinə bağladı bilməz.
Millətləri təhqir eləyən dövlət əlindən,
Kim aldı nişan sübhəcə sarsağladı bilməz.
"Mahisifət"in sinəsinə hansı sifətsiz,
"Ləbxənd" midalın niyə sancaqladı bilməz.
Heyran şuvinistlər ki nə güc vardı bu dildə,
Kəsdikcə nədən hey göyərib zuğladı bilməz.
Heyrətdə qalıblar nə səbəbdən yenə şair,
Şerü-qəzəlin şəmşirini zağladı bilməz.
Çün körpələr ağlardı muğam ustə o günlər,
Tomris analar şer ilə qundağladı bilməz.
8 Aralık 2009 Salı
Kaydol:
Kayıtlar (Atom)